Bakı. Trend:
Şimali Koreya “Kan Geon” esminesinin döyüş sisteminin
sınaqlarını keçirib və bu çərçivədə strateji qanadlı raket
buraxılışı həyata keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat
yayıb.
Məlumata əsasən, iyulun 3-də “Kan Geon” esminesinin döyüş
sisteminin xüsusiyyətlərinin qiymətləndirilməsi üzrə sınaq planına
uyğun olaraq strateji qanadlı raketin sınaq buraxılışı, həmçinin
gəmi artilleriyası, avtomatik pulemyotlar və radioelektron mübarizə
vasitələri də daxil olmaqla əsas silah sistemlərinin sınaqları
keçirilib.

