Bakı. Trend:
İyunun 24-də Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin
sayı 2954 nəfərə çatıb, 16 min 592 yaralı var.
Bu barədə ölkənin İnformasiya və Kommunikasiya Nazirliyinin
yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb,
16 min 309 nəfər evsiz qalıb, 856 nəfərə ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib,
86 min 794 ailəyə yardım göstərilib və zərərçəkənlərə 9486 ton
ərzaq paylanıb.
Xatırladaq ki, Venesuelada iyunun 24-ü axşam 7,2 və 7,5 bal
gücündə iki zəlzələ qeydə alınıb.

