“Neftçi” 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin çempionu olub

Baş səhifə

Bakı. Trend:

“Neftçi” klubu 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel
mərhələsinin qalibi olub.

İyulun 3-4-də Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın
Seriyasının növbəti mərhələsində ölkəmizi təmsil edən “Neftçi”
qrupu lider kimi başa vuraraq 1/4 finala yüksəlib.

Paytaxt təmsilçisi 1/4 finalda Uqanda millisini 18:15,
yarımfinalda isə Fransa yığmasını 14:10 hesabı ilə məğlub edərək
finala vəsiqə qazanıb.




Həlledici görüşdə Kanada yığması ilə qarşılaşan “Neftçi” gərgin
mübarizə şəraitində keçən oyunda rəqibini 15:9 hesabı ilə məğlub
edərək Marsel mərhələsinin çempionu olub.

Turnirin ən dəyərli basketbolçusu (MVP) “Neftçi” klubunun və
Azərbaycan millisinin üzvü Arika Karter seçilib.