AMB sığorta xidmətlərinin satın alınması üzrə tender elan edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bina və avadanlıqların
sığortalanması xidmətlərinin satın alınması üzrə tender elan
edib.

Tenderdə iştirak haqqı 600 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 3 avqust
2026-cı il saat 17:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender
zərflərinin açılışı da həmin gün saat 17:00-da (GMT+4)
keçiriləcək.

Əlaqələndirici şəxs: Günay Əhmədli.




Tel.: (+994 12) 493 50 58.

Elektron poçt: [email protected]

Ünvan: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90.