
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən
hissəsində yol kənarında açıq ərazidə yanğın baş verməsi barədə
məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş
vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.

