Britaniyanın siyasi sistemində ciddi problemlər var – ABŞ-nin vitse-prezidenti

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Böyük Britaniyanın siyasi
sistemində ciddi problemlərin olduğunu bildirib.

Bu barədə o “The Times” qəzetinə müsahibəsində deyib.




Vens son illərdə Böyük Britaniyada baş nazirlərin tez-tez
dəyişməsinin ölkənin siyasi sistemində ciddi çatışmazlıqların
göstəricisi olduğunu vurğulayıb.

“Son bir neçə il ərzində altı baş nazirin dəyişdiyini görürəm.
Bu, mənə Böyük Britaniya siyasətində ciddi problemlərin olduğunu
göstərir və insanların həqiqətən də əhəmiyyətli struktur
islahatları tələb etdiyini nümayiş etdirir”, – deyə ABŞ-nin
vitse-prezidenti bildirib.