Müharibəni başa çatdırmaq üçün real perspektiv var – Ukrayna Prezidenti

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika Birləşmiş
Ştatları Prezidenti Donald Tramp arasında baş tutan telefon
danışığı zamanı cəbhədəki mövcud vəziyyət və Rusiya-Ukrayna
münaqişəsinin nizamlanması üzrə diplomatik proses müzakirə
olunub.

Bu barədə Volodimir Zelenski məlumat verib.




Onun sözlərinə görə, müharibəni başa çatdırmaq üçün real
perspektiv var və bu məsələdə ABŞ-nin qətiyyəti həlledici
əhəmiyyətə malik olacaq.

Volodimir Zelenski, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti ilə
NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində danışığı davam
etdirmək barədə razılığa gəlib.