Fransa dünya çempionatının 1/4 finalına yüksəlib

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında Paraqvay – Fransa oyunu
keçirilib.

1/8 final mərhələsinin matçı Filadelfiya stadionunda təşkil
olunub.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə
edib.




Oyunun nəticələrinə görə, Fransa komandası minimal hesabla
qələbə qazanıb – 1:0.

70-ci dəqiqədə kobud oyuna görə təyin edilən penaltini Kilian
Mbappe qola çevirib.

Bu qələbə sayəsində 1/4 finala yüksələn Fransanın rəqibi Mərakeş
millisi olacaq.