Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır

Baş səhifə

Bakı. Trend:

“Rusiya-Çin Dəniz Qarşılıqlı Əlaqəsi 2026″ təlimləri cari il
iyulun 6-13-də Sarı dənizdə keçiriləcək.

Bu barədə xarici mediada məlumat yayılıb.




Rusiyanın və Çinin Hərbi Dəniz Qüvvələri dəniz aviasiyasının
dəstəyi ilə birgə xilasetmə əməliyyatlarını təkmilləşdirəcək,
sualtı qayıqlara qarşı döyüş və hava hücumundan müdafiə
təcrübələrini nümayiş etdirəcək və birgə artilleriya atəşi həyata
keçirəcək.

Rusiya və Çin donanmalarının iştirakı ilə ilk dəniz təlimləri
2005-ci ilin avqust ayında Sarı dənizdə təşkil olunub. 2012-ci
ildən bəri Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindən kənarda Rusiya
və Çinin dənizdəki təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün
döyüş hazırlığını daha da gücləndirmək məqsədi daşıyan “Dəniz
Qarşılıqlı Əlaqəsi” adlı ixtisaslaşmış illik dəniz təlimləri
keçirilir.