
Bakı. Trend:
ABŞ qüvvələri hərbi əməliyyatların başlanğıcından bəri İranda 11
mindən çox hədəfi məhv edib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi
Komandanlığı (CENTCOM) bildirib.
Hədəflər arasında 150-dən çox İran hərbi gəmisi məhv edilib və
ya zədələnib.
Döyüş əməliyyatlarında çoxsaylı qırıcı təyyarələrin, strateji
bombardmançı təyyarələrin, təyyarədaşıyan gəminin, idarə olunan
raket esminetslərinin, sualtı qayıqların, “Patriot” zenit-raket
sistemlərinin və “Terminal High Altitude Area Defense” (THAAD)
raketdən müdafiə sistemlərinin iştirak etdiyi qeyd edilib.

