“Aston Villa” UEFA-nın maliyyə qaydalarını pozduğu üçün cərimələnə bilər

Baş səhifə

Bakı. Trend:

Aston Villa UEFA-nın maliyyə qaydalarını pozduğuna görə
cərimələnə bilər.

Trend xəbər verir
ki, klubun UEFA-nın heyət xərcləri qaydasını ardıcıl ikinci il
pozduğu güman edilir.

Qaydaya əsasən, oyunçu maaşları, transferlər və agent xərcləri
gəlirlərin 70 faizini keçərsə, cərimə tətbiq olunur.




2025-ci ilin iyul ayında Birminhem klubu heyət xərcləri limitini
aşdığı üçün 6 milyon avro cərimə olunub. Həmin limit klubun
gəlirlərinin 80 faizi səviyyəsində müəyyən edilmişdi, 2025/26
mövsümündən isə limit 70 faizə endirilib.

“Aston Villa”nın bu mövsüm gəliri ötən mövsümlə müqayisədə
azalıb, çünki klub Avropa Liqasında çıxış edir, ötən mövsüm isə
mükafat pulunun xeyli yüksək olduğu Çempionlar Liqasında iştirak
edib.

Eyni zamanda qeyd olunur ki, klub UEFA ilə digər gəlir
müqavilələrini pozmayacaq.