Fidan: Qara dənizdə gəmilərə hücum edilməsi savaşın coğrafiyasının genişləndiyini göstərir

Baş səhifə
Fidan: Qara dənizdə gəmilərə hücum edilməsi savaşın coğrafiyasının genişləndiyini göstərir

Qara dənizdə həyata keçirilən hücumlar, əslində, Türkiyənin etdii xəbərdarlıqlarda nə qədər haqlı olduğunu göstərdi. Çünki bu, savaşın coğrafiyasının genişləndiyini göstərir.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Brüsseldə səfərdə olan Türkiyə xarici siyasət idarəsinin rəhbəri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.

XİN rəhbəri qeyd edib ki, “Kairos” və “Virat” tankerlərinə edilən hücum Qara dənizi ticarətə qapalı olmasına gətirib çıxarır.

“Qara dənizdə ən uzun sahilə malik olan ölkə kimi bizim də məsuliyyət qəbul etməyimiz lazım idi. Bu məsələdə üstümüzə düşən vəzifəni yerinə yetririk”, – o deyib.