1939-cu ilə aid ilk “Supermen” komiksinin bir nüsxəsi Texasın Dallas şəhərində keçirilən “Heritage Auctions” hərracında rekord qıraraq 9,12 milyon dollara satılıb.
“Report”un məlumatına görə, bu barədə hərracın press-relizində deyilir.
“Şimali Kaliforniyada bir ailənin evinin çardağında tapılan 1939-cu ilə aid “Supermen”in ilk buraxılışının bir nüsxəsi hazırda dünyanın ən bahalı komiks kitabı rekordunu əlində saxlayır”, – hərracın təşkilatçıları qeyd ediblər.
Əvvəlki rekord 2024-cü ildə 6 milyon dollara satılan “Action Comics”in ilk sayına məxsus olub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

