Bakı. Trend:
Nigeriyada silahlı şəxslər Müqəddəs Məryəm Katolik Məktəbindən
215 şagird və 12 müəllimi qaçırıblar.
Trend-in məlumatına görə, bu barədə “AFP” agentliyi Nigeriya
Xristianları Assosiasiyasına istinadən xəbər verib.
Məlumata əsasən, qaçırılan tələbələrin bəziləri qaçmağı
bacarıb.
Qeyd olunub ki, hadisə ölkə hökumətinin silahlıların çoxsaylı
hücumları səbəbindən məktəbin bağlanmasını tələb etməsindən və
Müqəddəs Məryəm Məktəbinin rəhbərliyi tərəfindən buna məhəl
qoyulmamasından sonra baş verib.
Daha əvvəl Nigeriyanın “Arise” televiziya kanalı silahlıların
məktəbə hücumu nəticəsində yalnız 52 nəfərin qaçırıldığını
bildirib.

