SOCAR və “Sinopec Engineering” əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar

Baş səhifə
SOCAR və Sinopec Engineering əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin “Sinopec Engineering” şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf “Sinopec Engineering”in prezidenti Zhang Xinming ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.

Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.