
Bakı. Trend:
Gürcüstanda C130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması
nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi
Hava Qüvvələrinin A400M təyyarəsi noyabrın 13-də Tbilisidən
Ankaraya yola düşüb.
Trend xəbər verir ki, bu
barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ankarada şəhidlərlə rəsmi vida mərasimi, daha
sonra isə onların dəfn mərasimi keçiriləcək.
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə
məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan
27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya
uğrayıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri
daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

