Bakı. Trend:
Qazaxıstanın Daxili İşlər Naziri Yerjan Sadenov ölkə
parlamentində çıxışı zamanı ölkədə spirtlik içkilərin satışı ilə
bağlı məhdudiyyətin tətbiq olunması təklifi ilə çıxış edib.
Trend bu barədə
Qazaxıstan KİV-ə istinadən xəbər verir.
“Alkoqolun pərakəndə satışının yalnız xüsusi mağazalarda
satışının həyata keçirilməsi, lisenziyaların verilməsi ilə bağlı
tələblərin sərtləşdirilməsi, o cümlədən limitin tətbiqi, eləcə də
spirtli içkilərin onlay ticarətinin qadağan olunması barədə
təkliflər daxil edilib”, – deyə qazaxıstanlı nazir bildirib.
Onun sözlərinə görə, “mənfəət dalınca qaçan vicdansız
müəssisələr” spirtli içkilərin satışına dair yaş və vaxt
məhdudiyyətlərini pozur, gecə-gündüz fəaliyyət göstərərək özlərini
kafe və bar kimi qələmə verirlər, onlayn çatdırılmadan isə geniş
şəkildə istifadə olunur.
O əyləncə məkanlarında spirtli içkilərin satış vaxtının
məhdudlaşdırılmasına ehtiyac yarandığını belə ki, son vaxtlar belə
obyektlərdə 1400-ə yaxın cinayətin , o cümlədən 3 qətlin
törədildiyini bildirib.

