
Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllə ərazisində yerləşən D=108 mm-lik qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, 1000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

