Qırğızıstanda güclü zəlzələ baş verib

Baş səhifə
Qırğızıstanda güclü zəlzələ baş verib

Qırğızıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri Cəlal-Abad vilayətinin Çatkal rayonunun Kanış-Kiya kəndindən 45 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.