Himalayda güclü yağışlar torpaq sürüşməsi və daşqınlara səbəb olub

Baş səhifə

Bakı. Trend:

Himalay dağlarında yağan güclü yağışlar torpaq sürüşməsi və
çayların daşmasına səbəb olub. Xilasedicilər piyada, helikopter və
motorlu qayıqla çətin çatılan kəndlərə yardım çatdırıblar.

Trend xəbər verir
ki, Nepal və qonşu Hindistanda leysan yağışları nəticəsində 60-dan
çox insan həyatını itirib.




Nepalın Milli Fəlakət İdarəetmə İdarəsinin sözçüsü Şanti Mahat
AFP-yə bazar günü, oktyabrın 5-də bildirib ki, təbii fəlakət
nəticəsində azı 43 nəfər ölüb. Onlardan 37 nəfəri ölkənin
şərqindəki İlam rayonunda dünyasını dəyişib. Daha beş nəfər hələ də
itkin düşüb.

Reuters isə Nepalda azı 47 nəfərin öldüyünü bildirir. Dağlıq
İlam rayonunda bir neçə kəndi torpaq sürüşməsi aparıb.