Həkim niyə payızda daha çox yatmaq istədiyimizi izah etdi

DIN


Payızda ruh düşkünlüyünə səbəb olan əsas amil D vitaminin yaranmasının azalmasıdır.

Bu barədə Rusiyalı həkim-endokrinoloq Svetlana Şokur danışıb.

“Payızda gündüz saatları qısalır və yağışlı havalar başlayır. Buludların arasından parlayan günəş çox vaxt D vitaminin yaranması üçün lazımi miqdarda günəş işığı vermir”, – deyə endokrinoloq izah edib.

Həkimin sözlərinə görə, payızda qanda melatoninin konsentrasiyası artır və buna görə də biz daha çox yatmaq istəyirik.

“Melatoninin yaranması üçün triptofan amin turşusu istifadə edilir. Triptofan həm də xoşbəxtlik hormonu kimi tanınan serotoninin yaranmasında iştirak edir. Beləliklə, triptofan ya serotonin, ya da melatonin yaranması üçün istifadə olunur. Nəticə etibarilə, payızda daha çox melatonin yaranırsa, deməli serotonin daha az olur. Bu səbəbdən əhvali-ruhiyyəmiz pisləşə bilər. Payızda tərkibində triptofan olan qidaları qəbul etmək vacibdir: hinduşka, pendir, çərəz (məsələn, qoz, fındıq, badam) və s. Payızda, həmçinin digər bir sevinc hormonu olan dofaminin səviyyəsinin aşağı düşməsi də mümkündür, buna görə də onun sintezini artıran qidalar qəbul edə bilərsiniz”, – deyə o qeyd edib.

S.Şokur vurğulayıb ki, yay aylarında orqanizmi gələcək il üçün vitaminlərlə zənginləşdirmək mümkün deyil: onlar orqanizmə daxil olur, öz funksiyalarını yerinə yetirir, sonra isə parçalanır və bədəndən xaric olurlar.

“Payızda daha çox stresli vəziyyətlər yarana bilər: işdə yükün artması, dərs ilinin başlanması və s. Sinir sistemini dəstəkləmək üçün maqnezium faydalı olacaq. Davamlı olaraq əhvali-ruhiyyənin aşağı olması, qıcolma, əzələlərin səyirməsi zamanı maqnezium çatışmazlığından şübhələnmək olar. Həmçinin payız dövründə xroniki və yoluxucu virus xəstəliklərin kəskinləşməsi mümkündür. Belə bir vaxtda qida rasionunuza vitaminlər – antioksidantlar əlavə etmək vacibdir. Onlardan ən məşhuru sitrus meyvələri, kələm turşusu, bibər, qarağat və digər qidaların tərkibində olan C vitaminidir. Digər bir antioksidant E vitaminidir ki, onu bitki yağlarından, qoz-fındıqdan, qaraciyərdən almaq olar”, – deyə mütəxəssis əlavə edib.

Həkim vitamin və bioloji aktiv qida əlavələrini nəzarətsiz qəbul etməməyi məsləhət görüb. Müxtəlif maddələr bir-birinin təsirini gücləndirə və ya zəiflədə bilər, əlavə təsir riskini artırır. Bu səbəbdən sağlamlığa ziyan dəyə və allergik reaksiya yarana bilər.

“Qəhvə və alkoqoldan sui-istifadə, bədəni əlavə olaraq yükləyən və orqanizmi tədricən tükəndirən enerji içkilərinin də olduğu kimi orqanizmə fayda verməyəcək. Zamanla “süni” gumrahlıq həddindən artıq yorğunluqla əvəz oluna bilər. Əgər söhbət şirniyyatdan gedirsə, təbii ki, şəkəri yüksək olan qidalar insanı gumrahlaşdırır. Qlükoza hazır yanacaqdır, belə qidalanma rejimi zamanı metabolik sindrom, damar xəstəlikləri və endokrin patologiyalar, o cümlədən ikinci tip şəkərli diabet inkişaf edə bilər”, – deyə Svetlana Şokur söhbətini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir