Tramp Kanadanı meşə yanğınlarının qarşısını almamaqda günahlandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kanadanı meşə yanğınlarının
qarşısının alınması üçün lazımi tədbirləri görməməkdə ittiham edib.
O bildirib ki, bu vəziyyət ABŞ iqtisadiyyatına hər il milyardlarla
dollar ziyan vurur.

Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım
edib.

Məlumata görə, Kanadada baş verən meşə yanğınlarından qalxan
tüstü ABŞ ərazisinə, o cümlədən ölkənin şərq sahillərinə yayılıb.
Tüstü Vaşinqton, Nyu-York, Boston və digər böyük şəhərləri əhatə
edib.




“Kanada meşələrin düzgün idarə olunmasını və meşə
tullantılarının təmizlənməsini həyata keçirməkdən imtina edir.
Onlar bunun hansı nəticələrə səbəb olacağını yaxşı bilirlər. Bu,
hər il təkrarlanan və ABŞ-yə milyardlarla dollara başa gələn qəsdən
edilən səhlənkarlıqdır”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Kanadadakı meşə yanğınlarının
vurduğu zərər Ottavanın hazırda ödədiyi idxal rüsumlarına əlavə
olunmalıdır.