Obameyang karyerasını La Liqa klubunda davam etdirəcək

Baş səhifə

Bakı. Trend:

Pyer-Emerik Obameyang karyerasını İspaniyada davam
etdirəcək.

37 yaşlı hücumçunun transferini “Deportivo” rəsmən açıqlayıb.
Tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə
imzalayıblar.




Məlumata görə, La Liqaya qayıdan “Deportivo” futbolçunun keçidi
üçün “MArsel” klubuna 1,5 milyon avro təzminat ödəyib.

2025/26 mövsümündə Qabon millisinin tarixinin ən sərrast
bombardiri olan Obameyanq Liqa 1-də 30 oyunda meydana çıxaraq 10
qola imza atıb. Təcrübəli forvardın “Deportivo”nun hücum xəttinə
ciddi güc qatacağı gözlənilir.