
ABŞ Prezidenti Donald Tramp Kanadanı meşə yanğınları səbəbindən gömrük rüsumlarını artırmaqla hədələyib.
APA xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
ABŞ lideri bildirib ki, Kanada meşələrə və kolluq ərazilərə lazımi qaydada nəzarət etmədiyi üçün tüstü ABŞ-ın bir sıra iri şəhərlərini bürüyür və insanların sağlamlığı üçün təhlükə yaradır.
Tramp qeyd edib ki, məsələni müzakirə etmək üçün Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparacaq.
ABŞ Prezidenti həmçinin Kanadanı meşələrin idarə olunmasına səhlənkar yanaşmaqda ittiham edib və bunun ABŞ-a hər il milyardlarla dollar ziyan vurduğunu bildirib.
Onun sözlərinə görə, bu xərclər Kanadaya tətbiq olunan mövcud gömrük rüsumlarına əlavə edilməlidir.

