
Bakı.Trend:
Kambocada qısa müddətdə “ASAN xidmət” təcrübəsi tətbiq
olunacaq.
Bu barədə “ASAN xidmət” məlumat yayıb.
Bildirilib ki, Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Sok Çea “ASAN xidmət”in fəaliyyəti
ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında
yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan
innovasiyalar barədə məlumat verib. Milli brendimiz olan “ASAN
xidmət”in 35-dən çox ölkəyə ixracı istiqamətində əməkdaşlıq
edildiyi diqqətə çatıdırılıb.
Həmçinin görüş zamanı ötən ilin dekabr ayında Kambocanın müvafiq
qurumu ilə imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində
görülən işlər müzakirə olunub.

