
Bakı. Trend:
İraq hökuməti ölkədə peyk interneti xidmətlərinin göstərilməsi
məqsədilə ABŞ-ın “Starlink” şirkəti ilə rəsmi müqavilə
imzalayıb.
Bu barədə İraqın Media və Kommunikasiya üzrə Dövlət
Komissiyasının İcraiyyə Komitəsinin rəhbəri Bəliq Əbu Kəlal məlumat
verib.
Onun sözlərinə görə, şirkətə verilən lisenziya ölkə
vətəndaşlarının təhlükəsiz və yüksəkkeyfiyyətli internet xidmətinə
çıxışını təmin edəcək. O qeyd edib ki, xidmətə qoşulma qiymətləri
də əlçatan olacaq.
Kəlal vurğulayıb ki, “Starlink”ə lisenziyanın təqdim olunması
İraqda internet infrastrukturunun modernləşdirilməsi və rabitə
xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm
mərhələ hesab olunur.

