
Bakı. Trend:
İki neft tankeri minalanmış marşrutla Hörmüz boğazından keçməyə
cəhd edərkən partlayıb və yanğın baş verib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat
yayıb.
“ABŞ tərəfindən Hörmüz boğazının cənub hissəsindəki minalanmış
marşrutdan keçməyə yönləndirilən iki neft tankeri partlayaraq
alovlanıb”, – deyə “Tasnim” xəbər agentliyi SEPAH-a istinadla
bildirib.
SEPAH Hərbi Dəniz Qüvvələri isə ABŞ-nin hərəkətləri nəticəsində
yaranan yüksək təhlükə səbəbindən Hörmüz boğazının keçid üçün bağlı
olaraq qaldığını bildirib.

