
Küveytin hava hücumundan müdafiə sistemləri İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları dəf edir.
APA xəbər verir ki, bu barədə Küveyt ordusunun Baş Qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamada bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri hazırda İran tərəfindən həyata keçirilən raket və PUA zərbələrinin qarşısını alır.

