6 ölkənin iştirakı ilə “Birliyin Gücü – 2026” konfransı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

6 ölkənin iştirakı ilə “Birliyin Gücü – 2026” birgə hərbi
təliminin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, Milli Müdafiə
Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski
adına Hərbi Liseydə təşkil olunan konfransda Azərbaycan, Türkiyə,
İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri
iştirak ediblər.

Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələr
arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, “Birliyin Gücü – 2026” birgə hərbi təliminin əsas
məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın
genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin
təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması,
həmçinin dayanıqlı sülh və təhlükəsizliyə töhfə verməkdir.




Konfrans iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə
yetiriləcək döyüş epizodları barədə ətraflı məlumat verilib.

Konfrans çərçivəsində qonaqlar təlimin keçiriləcəyi ərazi ilə
əyani tanış olub, yerinə yetiriləcək tapşırıqları
dəqiqləşdiriblər.

Sonda iştirakçı ölkələr konfransın yekununa dair protokol
imzalayıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.