“Hörümçək adam” məzuniyyətə çıxdı

Mədəniyyət


İngilis aktyor Tom Holland bir il müddətinə fəaliyyətini dayandıracağını açıqlayıb. O, bildirib ki, son iki il onun üçün çox stresli keçib.

Bu müddət ərzində o, bir neçə filmdə rol alsa da, ən çox “The Crowded Room” serialına çəkilmək onu yorub.

“Şou məni sındırdı. Bir anda anladım ki, fasiləyə ehtiyacım var. İndi birillik məzuniyyət götürürəm. Bu, şounun çox ağır olmasının nəticəsidir”, – deyə Holland bildirib.

Xatırladaq ki, Tom Holland “Hörümçək-adam” rolunu oynadıqdan sonra geniş populyarlıq qazanmış ingilis aktyorudur. Onun debütü rejissor Xuan Antonio Bayonun “The Impossible” filmində Lukas Bennet rolu olub.

Mənbə: UNİAN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir