Mahir Emreli Polşanın “Rakuv” klubuna transfer olunur

Baş səhifə

Bakı. Trend:

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa “Ekstraklasa”sında çıxış edən “Rakuv” klubuna transfer olunur.

Almaniyanın “n-tv.de” portalının məlumatına görə, 29 yaşlı
forvard artıq tibbi yoxlanışdan keçib.

Emreli “Kayzerslautern”dən ayrılaraq icarə əsasında “Rakuv”da
oynayacaq. İcarə müddəti bir il olacaq və mövsümün sonunda “Rakuv”
klubunun Emrelini almaq seçimi də var.




“Kayzerslautern”in Maynts 05″ ilə keçirdiyi
son yoxlama matçında Emreli artıq komandanın heyətinə daxil
edilməyib.

Qeyd edək ki, forvard 2021-2022 mövsümündə digər Polşa
təmsilçisi “Legiya Varşava”nın heyətində çıxış edib.