Konqoda Eboladan ölənlərin sayı 864-ə çatdı

Baş səhifə

Konqo Demokratik Respublikasında Ebola virusu səbəbindən həyatını itirənlərin sayı 864 nəfərə yüksəlib.

Modern.az-ın məlumatına görə, “Reuters” hökumət mənbələrinə istinadən bildirib ki, ölkədə təsdiqlənmiş Ebola yoluxmalarının sayı 2200-ə çatıb.

Xatırladaq ki, bu il mayın 15-də başlayan son Ebola epidemiyası Konqo Demokratik Respublikasının şərq bölgələri və Uqandanı əhatə edib. Xəstəliyin əsas yayılma ocağı isə Konqonun İturi əyaləti hesab olunur.