
Bakı.Trend:
ABŞ-nin Müharibə naziri Pit Heqset gecə saatlarında həyata
keçirilən bir sıra zərbələrdən sonra İranın Oman körfəzi sahilində
yerləşən Çabahar limanındakı qüllənin zərbədən çökdüyünü əks
etdirən görüntünü “X” sosial şəbəkəsində paylaşıb.
Pentaqon rəhbərindən əvvəl həmin fotoşəkil İran hökumətinə qarşı
olan fəalların sosial şəbəkə hesablarında dövriyyə edib.
İranın Hindistanın dəstəyi ilə idarə etdiyi Çabahar limanı
dəfələrlə ABŞ-ın hava zərbələrinin hədəfi olub. İran dövlət mediası
obyektə üçüncü dəfə zərbə endirildiyini təsdiqləsə də, qüllənin
çökməsi barədə iddiaları şərh etməyib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

