Bakı.Trend:
Moldovanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri
Oleq Ozerovu nazirliyə çağırıb.
Bu barədə “Pro TV” telekanalı məlumat yayıb.
Nazirlikdə Rusiyalı diplomata etiraz notası təqdim olunub
“Ölkənin milli suverenliyinin kobud şəkildə pozulması və
vətəndaşların təhlükəsizliyi üçün yaranmış risklərlə əlaqədar
Moldova tərəfi səfirə etiraz notası təqdim edib”, – deyə Xarici
İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunur ki, rusiyalı diplomat Kauseni rayonunun
ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi hadisəsi ilə
əlaqədar çağırılıb. Rəsmi Kişinyov həmin dronun Rusiyaya məxsus
olduğunu ehtimal edir.

