
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Vaşinqton ilə Tehran arasında
genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq,
razılaşmanın hələ də mümkün olduğunu bildirib.
Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərin İranla bağlı
suallarını cavablandırarkən danışıb.
“Bəli, düşünürəm ki, razılaşma mümkündür”, – deyə ABŞ Prezidenti
bildirib.
Trampın sözlərinə görə, mövcud gərginliyə baxmayaraq, Vaşinqton
və Tehran arasında diplomatik razılığın əldə olunması ehtimalı
qalmaqdadır.

