Meksikada 5,0 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Meksikada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Məlumata əsasən, zəlzələnin episentri Tapaçula şəhərindən 17 km
cənub-qərbdə, ocağı isə 80 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.