
Bakı.Trend:
İranın Küveytə ballistik raket və dron hücumları fonunda “Kuwait
Airways” hava yolları şirkəti ölkə üzrə hava reyslərinin
əksəriyyətini ləğv etdiyini elan edib.
Bu barədə şirkətin rəsmi bəyanatında bildirilir.
Bu arada Küveytin Hava Hücumlarından Müdafiə Qüvvələri ölkənin
hava məkanını pozan İran raket və dronlarının dördüncü dalğasını
dəf etməkdədir. Bu haqda ölkənin silahlı qüvvələrinin baş qərargahı
bəyanat yayıb.
Hələlik zərərsizləşdirilən raket və dronların sayı açıqlanmır.
Eyni zamanda dağıntılar və itkilərin olub-olmaması barədə məlumat
yoxdur.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

