
Zərdabda yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb.
Fakt araşdırılır.

