Norveçdə güclü yanğın – 100-dən çox ev yanıb

Baş səhifə

Bakı.Trend:

Norveçdə 100-dən çox yaşayış evi yanaraq məhv olub, iki nəfər
yanma məhsullarından zəhərlənmə diaqnozu ilə xəstəxanaya
yerləşdirilib.

Bu barədə krallığın polisi məlumat yayıb.




Bildirilib ki, iyulun 17-də hələlik müəyyən edilməmiş səbəbdən
Oslodan 40 kilometr aralıda yerləşən Drammen yaşayış məntəqəsində
evlərin birində yanğın baş verib. Alov qısa müddətdə binanı
tamamilə bürüyərək qonşu tikililərə keçib, yanğın isə
partlayışlarla müşayiət olunub. Nəticədə bir neçə yüz yerli sakin
təxliyə edilib.

İyulun 17-si axşam saatlarında alovun yeni tikililərə yayılması
dayansa da, iyulun 18-i səhərədək yanğın hələ də tam
lokallaşdırılmayıb. Yaşayış məntəqəsinin ətrafındakı meşəlik
ərazilərdə də yanğın davam edir. Yanğının söndürülməsinə aviasiya
texnikası cəlb olunub.