
Bakı.Trend:
İranın hücumları nəticəsində Küveytdə elektrik stansiyası və
duzsuzlaşdırma qurğusunu birləşdirən kompleksdə yanğın aş
verib.
Bu barədə Küveytin Elektrik Enerjisi, Su və Bərpa Olunan Enerji
Mənbələri Nazirliyi məlumat yayıb.
“İranın Küveyt Dövlətinə qarşı həyata keçirdiyi dəhşətli hücum
nəticəsində düşmənin hədəfinə çevrilən daha bir duzsuzlaşdırma
qurğusu və elektrik stansiyasında yerləşən kompleksin bir
hissəsində yanğın baş verib”, – deyə nazirliyin “X” hesabında
paylaşdığı məlumatda deyilir:
Qurumun məlumatına görə, kompleksin fəaliyyəti qismən
məhdudlaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Müvafiq
xidmətlər yanğının nəticələrinin aradan qaldırılması istiqamətində
iş aparırlar.

