“Qarabağ” – “CSKA Sofia” oyununun biletləri satışa çıxarılır

Baş səhifə

Bakı. Trend:

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində
keçiriləcək “Qarabağ” – “CSKA Sofia” oyununun
biletləri bu gün satışa çıxarılacaq.

Ağdam təmsilçisinin sosial şəbəkə hesabındakı paylaşıma görə, biletlərin satışı 18 iyul saat
15:00-dan
etibarən başlayacaq.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika
stadionunda
keçiriləcək.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20
manat
, VIP sektorlar üzrə biletlər 50, 75 və 100
manat
, VVIP sektor üzrə biletlər isə 150
manat
təşkil edir.




Klubdan bildirilib ki, VVIP sektora bilet alan
azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil
tətbiqi
vasitəsilə əldə etmək mümkündür. Onlayn bilet
alışı zamanı çətinlik yaranacağı təqdirdə, azarkeşlər iTicket.az-ın
satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və
Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət
edə bilərlər.

Klub azarkeşləri saxta biletlərə aldanmamağa çağırıb və stadiona
girişin yalnız etibarlı QR kodlu biletlə mümkün
olacağını diqqətə çatdırıb.