Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin Maliyyə Nazirliyinin
hesablarında saxlanılan Venesuela neftinin satışından əldə edilən
vəsaitləri məhkəmə tədbirlərindən qorunması haqqında fərman
imzalayıb.
Trend-in məlumatına görə, bu barədə sənəd Ağ Ev tərəfindən dərc
olunub.
Sənəddə bildirilib ki, neft satışı ilə bağlı razılaşmalardan
əldə edilən gəlirlər “ABŞ-də saxlanılan Venesuela hökumətinin
suveren mülkiyyətidir”.
Fərmanla həmin aktivlərlə bağlı hər hansı rüsumları, məhkəmə
qərarlarını, sərəncamları, girovları, müsadirələri və ya digər
məhkəmə prosesləri ləğv edilib.

