Sülh ölkələr və insanlar arasında körpülər qurmaqla mümkündür – Ursula fon der Lyayen

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ölkələr və
xalqlar arasında əlaqələrin qurulması yolu ilə sülhün əldə
edilməsinin vacibliyini vurğulayıb.

Bu barədə Ursula fon der Leyen öz “Instagram” səhifəsində
paylaşım edib.

“Sülh… ölkələr və insanlar arasında körpülər qurmaqla.

Həm sözün həqiqi, həm də məcazi mənasında!

Mən Cənubi Qafqaz üçün dəyəri 200 milyon avro olan “Bağlantılar
vasitəsilə sülh” proqramını elan etdim.

Sülhün, qarşılıqlı bağlılığın və firavanlığın hökm sürdüyü bir
region naminə”, – deyə paylaşımda bildirilib.