“Fənərbaxça” xariqələr yaradan tanınmış futbolçunu transfer etdi

Baş səhifə

“Fənərbaxça” Vedat Muriqini transfer edib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi İsmayıl Kartalı baş məşqçi, Oğuz Çetini isə futbol direktoru təyin etdikdən sonra ilk transfer olaraq kosovolu hücumçunun keçidini elan edib. Məlumata görə, Vedat Muriqi müqavilə imzalamaq üçün artıq Türkiyəyə gəlib. “Fənərbaxça”nın açıqlamasında bildirilib ki, futbolçunu klub nümayəndələri və azarkeşlər hava limanında qarşılayıblar.

Qeyd edək ki, 32 yaşlı hücumçu ötən mövsüm “Malyorka”nın heyətində La Liqada 37 oyuna çıxaraq 23 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Kilian Mbappedən sonra İspaniyada ötən mövsümün ən məhsuldar futbolçusu olub. Onun bazar dəyərinin 4,5 milyon avro olduğu bildirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.