Sərnişin avtobusu evə çırpıldı, xəsarət alan var

Baş səhifə

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Metbuat.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Yavər Əliyev küçəsində 113 nömrəli marşut üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü sükana nəzarəti itirib.

Avtobus fərdi yaşayış evinə çırpılıb. Qəza nəticəsində sərnişinlər 1986-cı il təvəllüdlü Diana Həmzəyeva, 1961-ci təvəllüdlü Mirzəyev Ağalar Dilavər oğlu, 2005-ci il təvəllüdlü Hüseynova Fatimə Telman qızı və bacısı Hüseynova Zəhra müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hazırda onlar müayinə edilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.