Tramp gələn həftə Netanyahu ilə görüşməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp gələn həftə İsrailin Baş naziri
Benyamin Netanyahu ilə ABŞ-da görüşməyə hazır olduğunu
bildirib.

Bu barədə “Axios” portalı ABŞ liderinə istinadən məlumat
yayıb.

Məlumata görə, Tramp şənbə günü Axios-a müsahibəsində
Netanyahunun Ağ evdə görüş keçirilməsi xahişi ilə ona müraciət
etdiyini və görüşün Trampın NATO sammitindən qayıtmasından sonra,
artıq gələn həftə baş tuta biləcəyini deyib.




“Bizim münasibətlərimiz çox yaxşıdır”, – deyə Tramp İsrailin Baş
naziri haqqında deyib.

ABŞ Prezidenti həmçinin bildirib ki, ABŞ ilə İsrail arasındakı
münasibətlər kontekstində Netanyahu “burada əsas söz sahibinin kim
olduğunu bilir”.

Qeyd edək ki, NATO-nun Ankara sammiti iyulun 7-8-də
keçiriləcək.