
Bakı. Trend:
Böyük Britaniya hökuməti 7-8 iyul tarixlərində Ankarada
keçiriləcək NATO sammitindən əvvəl çoxdan vəd edilmiş müdafiə
investisiya planını dərc edəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer telefon
danışığı zamanı alyansın baş katibi Mark Rutteyə deyib.
“Tərəflər razılığa gəliblər ki, ümumi və daim dəyişən təhdidlər
qarşısında müttəfiqlər birlikdə hərəkət etməli, kollektiv müdafiəni
gücləndirməli və daha sürətli və daha effektiv nəticələr əldə
etməlidirlər. Baş nazir həmsöhbətinə müdafiə investisiya planının
hazırlanması planları barədə məlumat verərək, onu Ankarada
keçiriləcək NATO sammitindən əvvəl dərc etmək niyyətini
təsdiqləyib”, – deyə Britaniya Baş nazirinin mətbuat xidməti
bildirib.

