
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (SAXAL) 24 saat ərzində Livanın
cənubundakı “Hizbullah” hərəkatının 70 hərbi hədəfinə hücum
edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
“24 saat ərzində Livanın cənubundakı “Hizbullah” terrorçularının
70 hədəfinə, o cümlədən “Hizbullah”ın raket atıcıları və hərbi
obyektlərinə zərbələr endirilib”, – deyə açıqlamada qeyd
olunub.
Bildirilib ki, Bundan əlavə, Livanın cənubunda İsrail Müdafiə
Qüvvələri əsgərlərinin fəaliyyət göstərdiyi ərazidə müəyyən edilmiş
terrorçular məhv edilib.

