İran dronları ABŞ üçün əsas təhlükədir – CENTCOM

Baş səhifə

Bakı. Trend:

Müasir İran pilotsuz uçuş aparatları (PUA) Yaxın Şərqdə ABŞ
silahlı qüvvələri üçün əsas təhlükə olaraq qalmağa davam edir.

Trend-in
məılumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper deyib.




Admiral Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən
dinləmələrdə çıxışı zamanı deyib: “Biz yüksək texnologiyalı
pilotsuz aparatların yaratdığı artan təhlükə ilə üzləşirik”.

“Onlar reaktiv mühərriklərlə təchiz olunub. Onlarda yüksək
texnologiyalı sensorlar var. Onlarda radioelektron mübarizə
vasitələri mövcuddur. Onlarda radioelektron kəşfiyyat vasitələri
var”, — deyə CENTCOM rəhbəri izah edib.