Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərini öyrənmək imkanı yaradır – Reza Deqati (ÖZƏL)

Baş səhifə

Şuşa.Trend:

Şuşa Qlobal Media Forumu dünyada Azərbaycan həqiqətlərinin daha
geniş yayılmasına töhfə verən mühüm beynəlxalq platformadır.

Bunu dünya şöhrətli fotoreportyor Reza Deqati IV Şuşa Qlobal
Media Forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

“Qlobal Media Forumu çox önəmli tədbirdir. Bu forum müxtəlif
ölkələrdən olan jurnalistlərə bura gələrək hər şeyi öz gözləri ilə
görmək və həqiqətləri öyrənmək imkanı yaradır. Lakin dünyada
Azərbaycanın daha yaxşı tanıması üçün bu iş davamlı şəkildə
aparılmalıdır”, – deyə o bildirib.

Deqatinin sözlərinə görə, müasir dünyada informasiya həlledici
rol oynayır. Çünki insanlar baş verən hadisələr barədə
təsəvvürlərini məhz kütləvi informasiya vasitələri, televiziya,
radio və sosial media vasitəsilə formalaşdırırlar.

O qeyd edib ki, Şuşa Qlobal Media Forumunun keçirilməsi xarici
jurnalistlərə Azərbaycanı yaxından tanımaq, ölkədə baş verən
prosesləri öz gözləri ilə görmək və etibarlı məlumatı birbaşa
mənbədən əldə etmək imkanı yaradır.

Deqati vurğulayıb ki, bu cür beynəlxalq təşəbbüslər dünya media
ictimaiyyətinin nümayəndələri arasında dialoqun möhkəmləndirilməsi
və Azərbaycan haqqında obyektiv informasiyanın beynəlxalq müstəvidə
təşviqi baxımından böyük əhəmiyyət daşıyır.